Videoqraf Nərmin Hüseynova

Nərmin kimdir?

Məni ona görə seçmirlər ki, kamera ilə çəkirəm. Məni ona görə seçirlər ki, anı hiss etməyi bacarıram.

Mən Nərminəm. Yaratdığım videoları sadəcə izləmək yox, bir neçə dəfə izləmək istəyirsən. (Söhbət valideynlərimdən və dostlarımdan yox, müştərilərimdən gedir)

Mənim üçün videoqrafiya sadəcə gözəl kadrlar və dəbdə olan keçidlər deyil. Mənim üçün telefonun ekranına baxa-baxa həmin abu-havanı hiss etmək deməkdir.

Çəkdiyim hər videonun arxasında detallara verilən böyük önəm dayanır. Mən təkcə görüntünü yox, onun hansı hissləri oyadacağını da düşünürəm. Hansı kadr daha çox cəlb edəcək. Hansı musiqi həmin anın təsirini daha da gücləndirəcək.

Əgər sizə sadəcə «Rec» düyməsini basan operator yox, düşünən, hiss edən və işini sevərək kontent yaradan bir videoqraf lazımdırsa, doğru ünvandasınız! ))