Mən anlayıram ki, körpənizin həyatının ilk anları sizin üçün nə qədər dəyərlidir. Buna görə də məxfilik mənim üçün sadəcə bir qayda deyil, məsuliyyətimdir.

Yeni doğulmuş körpələrin çəkilişi zamanı əldə olunan bütün video materiallar yalnız ailə arxivində saxlanılır. Sizin razılığınız olmadan onlar sosial şəbəkələrdə paylaşılmır.