img 5598

Niyə məni seçməlisiniz?

Mən heç vaxt bir ay ərzində səni peşəkara çevirəcəyini vəd edən kurslara getməmişəm. Mənim təhsilim minlərlə çəkilmiş kadrlardan və yüzlərlə saat montajdan ibarətdir.

Məndə olan yeganə motivasiya isə, peşəmə olan sevgidir. Məhz bu sevgi məni saatlarla kameranın ayarlarını öyrənməyə, kadrları yenidən çəkməyə və montajın incəliklərini araşdırmağa sövq edib.

Mənim üçün videoqrafiya sadəcə gözəl kadrlar demək deyil. Bu, insanın hisslərini oyatmaq, onu sonsuz lentdə bir anlıq dayandırmaq və cəmi bir neçə saniyə ərzində kiçik bir hekayə yaşatmaqdır.

2026-cı ilin may ayından etibarən Sea Breeze-də videoqraf kimi çalışıram və layihənin tədbirlərini, memarlığını və həyat tərzini əks etdirən kontent hazırlayıram.

Instagram-da videolarım milyonlarla baxış toplamır. Amma layihə nə olursa-olsun, məqsədim dəyişmir — sadəcə baxış sayı qazanan deyil, insanlarda hisslər oyadan videolar yaratmaqdır.